Cənubi Koreyanın Birləşmiş Qərargah Rəisləri bəyanatında Şimali Koreyanın ölkənin şimalındakı bufer zonalarına artilleriya mərmiləri ataraq 2018-ci il ikitərəfli hərbi razılaşmanı pozduğunu bildirib.
Sərhəd gərginliyinin azaldılması üçün 19 sentyabr 2018-ci il tarixli Koreyalararası razılaşma ilə müəyyən edilmiş faktiki dəniz sərhədi Şimal Sərhəd Xəttinin (NLL) şimalındakı bufer zonalarına yerli vaxtla saat 14:59-da 130-dan çox artilleriya mərmisinin düşdüyü qeyd edilib. .
Cənubi Koreya ordusu Şimali Koreyaya şifahi xəbərdarlıq edərək, “müqaviləyə əməl etməyə” çağırıb.