Vaxt.Az

Əllərini yerə yapışdırdılar


 

“Dövlət bunun davam etməsinə icazə verə bilməz”

Əllərini yerə yapışdırdılar Almaniyada “Letzte Generation” (Son Nəsil) ətraf mühit təşkilatının bir çox fəalı Münhen və Berlində hökumətin ətraf mühit və iqlim siyasətinə etiraz ediblər.

Təşkilatın “Twitter”də yayımladığı görüntülərdə onların Münhen şəhər mərkəzinin hərəkətli küçələrində və dairəvi magistralda oturaq aksiya keçirərək əllərini yerə yapışdırdıqları görünür.

Polis etirazçıların nəqliyyatın hərəkətinə təhlükə yaratdığını və buna görə də magistral yolu nəqliyyatın hərəkəti üçün bağlamalı olduqlarını izah edib.

Berlində 4 nöqtədə aksiya keçirən fəalların yol hərəkətini iflic etdiyi görülüb.

“Letzte Generation” tərəfindən yayılan press-relizdə iqlim fəlakətinə qarşı tədbir görülməsini tələb etdikləri, lakin hökumətin heç bir addım atmadığı bildirilib.

Bildirilib ki, fəallar arasında etiraz əməllərinə görə həbs olunan və külli miqdarda pul cəzasına məhkum edilənlər də az deyil.

Şimali Reyn-Vestfaliya əyalətinin daxili işlər naziri Herbert Reul “Letzte Generation” üzvlərini sərt şəkildə tənqid edib.

“Deutschlandfunk” radiosuna danışan Reul, fəalların sərhədləri aşdığını ifadə edərək, “Dövlət dayanıb bunun davam etməsinə icazə verə bilməz” deyib.

 





05.12.2022    çap et  çap et