Vaxt.Az

Fars-molla rejimindən etiraf


 

“Çadradan imtina rejimin çökməsi deməkdir”

Fars-molla rejimindən etiraf İran parlamentinin Rəfsəncandan olan millət vəkili Hüseyn Cəlali məclisdə məcburi hicab tətbiqi ilə bağlı araşdırmaların aparıldığını və mövcud qanuna əməl etməyənlərə qarşı cəzaların artırılacağını açıqlayıb.

“Asriran” xəbər saytında dərc olunan xəbərə görə, mühafizəkarlara yaxınlığı ilə tanınan Cəlali Qum şəhərində məcburi hicab tətbiqini dəstəkləyən rejim tərəfdarı nümayişçilərə müraciət edib. “Hazırda üsyan hərəkatı nəzarət altındadır. Lakin bu dəfə üsyançılar fərqli bir təcrübəyə keçdilər. Onlar tərəfdarlarına deyirlər ki, gedin çadranızı açın ki, məqsədimizə çataq. Bu (passiv hərəkət) küçə nümayişlərindən az təhlükəli deyil. “Biz hicaba tabe olmamağın cəzasını artıracağıq.

Son bir neçə gündə parlamentdə başlanan hicab qanunu işi ilə bağlı məlumat verən Cəlali “çadranın düşməsi İran rejiminin çökməsi deməkdir” deyib. Rejimi devirmək üçün bəhanə olaraq Mahsa Əmininin seçildiyini iddia edən Cəlali “Bizim hicab qaydasından geri çəkilməyimiz mümkün deyil. Bundan geri çəkilmək İslam Respublikasından geri çəkilmək deməkdir. Biz bu vəziyyəti Daxili İşlər Nazirliyi və məhkəmə orqanları ilə koordinasiya edirik”, – deyib.

Sözügedən yeni qanunun təfərrüatlarına toxunmayan Cəlali bu qanunun yaxın günlərdə qüvvəyə minəcəyini bildirib.

İranın Baş Prokuroru Məhəmməd Cəfər Müntəziri dekabrın 2-də verdiyi açıqlamada, Parlament və Prezident yanında İnqilabın Ali Şurasının “çadra” məsələsi üzərində işlədiyini və nəticənin tezliklə açıqlanacağını bildirib.

 





05.12.2022    çap et  çap et