Yerli vaxtla saat 06:00 radələrində baş verən hadisədə bir sərnişinin baqajında şübhəli bağlama aşkar edilib. Hadisə yerinə gələn polis təhlükəsizlik tədbirləri çərçivəsində daxili terminalı bağlayıb. Hava limanında sıxlıq səbəbindən uzun növbələr yaranıb.
Hava limanından verilən açıqlamada, təhlükəsizlik araşdırması tamamlanana qədər uçuşların dayandırıla biləcəyi vurğulanıb: “Şotlandiya polisi ilə birlikdə hərəkət edirik. Tezliklə yeni məlumatları paylaşacağıq”, – deyə açıqlamada bildirilib
Şotlandiya polisinin daha sonra verdiyi açıqlamada “Partlayıcı maddələrin zərərsizləşdirilməsi komandası (EOD) ərazidədir. Ətraf mühasirəyə alınıb. İşçilər və sərnişinlər piştaxtadan çoxmərtəbəli dayanacağa aparılıb. Polis və təcili yardım qrupları ərazidədir”, – deyə məlumatda deyilir.