Müşahidəçilərin fikrincə, bu, keçmiş birinci ledinin 30 il bir yerdə yaşadığı ərinə açıq etirazının göstəricisidir. Keçən ildən boşanma xəbərləri yayılan Putinin boşanması isə rəsmən təsdiqlənib. Rusiya Federasiyasının rəsmi saytında «Rusiya prezidentlərinin bioqrafiyası» bölümündə dəyişikliklər edilib. Dəyişikliklərdən sonra Vladimir Putinin həyat yoldaşı Lyudmila haqqında məlumatlar yığışdırılıb.
Dövlət başçısının mətbuat katibi Dmitri Peskov buna belə aydınlıq gətirib: «Bu o deməkdir ki, boşanma baş tutub».
İndi Kremlin saytındakı Vladimir Putinin bioqrafiyasında yalnız qızları Mariya və Katerina haqqında məlumat qeyd edilib («Bizimyol.info»).