Məlum olub ki, Yunanıstanın paytaxtı Afinadan 5 kilometr aralıda yerləşən Nea Smyrni şəhərindəki Argiroupolidə banka əlində qumbara ilə girən maskalı quldurluğa imkan tapmadan yaxalanan şəxs yunan ordusunun 53 yaşlı polkovnikdir. Hadisə ölkədə şok effekti yaratsa da, media bu xəbərə geniş yer verib.
Bu gün səhər saatlarında baş verən hadisədən sonra yaxalanaraq saxlanılan polkovnikin daha əvvəl Nea Smyrni və Paleo Faliroda daha iki bank quldurluğu törətdiyi məlum olub.
Bildirilib ki, bütün soyğunçuluq cəhdlərində maska taxan və naməlum səbəbdən 3 dəfə eyni bankın filiallarını hədəfə alan polkovnik kredit şirkətlərinə borclu olub və borcunu ödəyə bilmədiyindən, bank filiallarını və bəzi bankları qarət etmək qərarına gəlib. Faktla bağlı araşdırmaların davam etdirildiyi bildirilib.