Vaxt.Az

Avropada Çin polis məntəqələri


 

Mühacirləri izləmək və zorla ölkəyə qaytarmaq üçün fəaliyyətdə olublar

Avropada Çin polis məntəqələri Xaricdə yaşayan vətəndaşlarını izləmək üçün Pekinin qurduğu sistem üzə çıxıb. CNN-in iddia etdiyi xəbərdə çinli mühacirləri izləmək və bəzi hallarda onları zorla ölkələrinə qaytarmaq üçün əməliyyatlar aparıldığı məlum olub.

Madriddə fəaliyyət göstərən insan haqları müdafiəsi “Safeguard Defenders” qrupunun sentyabr ayında 54 belə “polis məntəqəsi”nin olduğunu ilk elan etdiyi vaxtdan bəri Çinin xaricdə 48 əlavə mərkəz qurduğuna dair sübutların olduğunu söylədi.

İtaliyadakılarla yanaşı Xorvatiya, Serbiya, Rumıniya və Cənubi Afrikada da mərkəzlərin fəaliyyət göstərdiyi bildirilir. Məntəqələr müvafiq olaraq Roma, Milanda, Bolzano, Venesiya, Florensiya və Çin əhalisinin cəmləşdiyi Pratoda aşkar edilib.

İddialar arasında Çin vətəndaşının Parisətrafı məhəllədə xüsusi olaraq bu məqsədlə təyin edilmiş gizli missiyalarla Çinə qayıtmağa məcbur edildiyi bildirilir. Ölkələrinə daxil olarkən yoxa çıxdıqları bildirilənlər arasında biri Serbiyada, digəri isə İspaniyada olmaqla Avropadan məcburi şəkildə repatriasiya edilmiş iki çinli də var.

***

Digər xəbərə görə, Çinin xaricdəki vətəndaşlarını izləmək üçün İtaliyada ən azı 11 “gizli polis məntəqəsi” qurduğu iddia edilib.

Safeguard Defenders” bazar ertəsi dərc etdiyi hesabatda Çin tərəfindən qurulan daha 48 gizli polis mərkəzinin müəyyən edildiyini iddia edib.

QHT iddia edir ki, sözügedən gizli polis məntəqələri Pekin administrasiyasının xaricdəki vətəndaşlarını izləmək və onların ölkəyə qayıtmasını təmin etmək üçün fəaliyyət göstərir.

Çin isə bu mərkəzlərin vətəndaşlara pasport və ya sürücülük vəsiqələrini yeniləmək üçün xidmətlər göstərdiyini iddia edir. Pekin administrasiyası könüllülərin işlədiyi bu mərkəzlərlə bağlı iddiaları dəfələrlə təkzib edib.

“Safeguard Defenders”dən Laura Hart, aprel ayında Çindəki məlumatlara əsaslanaraq, son bir ildə 210 min insanın ölkəyə geri dönməyə razı edildiyini müəyyən edib.

Hart, İtaliyada gizli polis qərargahı kimi fəaliyyət göstərən ilk filialın 2016-cı ildə Milanda turistlərə dəstək ofisi olaraq açılmasını təklif edib. QHT İtaliyanın hələdə bunla bağlı araşdırmaya başlamadığını da diqqətə çatdırıb.

Digər tərəfdən, Pekin rəhbərliyinin təxminən 1 trilyon dollarlıq “Bir yol, bir kəmər” infrastruktur layihəsi çərçivəsində 2018-2019-cu illərdə Xorvatiya və Serbiya kimi ölkələrlə ortaq patrul müqavilələri bağladığı bildirilib.

Çin təhlükəsizlik qüvvələrinin bu ölkələrdə artan Çin əhalisini idarə etmək məqsədilə yaradıldığı iddia edilən ortaq patrullarda gizli mərkəzlər qurduğu da irəli sürülüb.

Bundan əlavə, Çinin Cənubi Afrikanın paytaxtı Keyptaunda qurduğu gizli polis mərkəzlərinin Cənubi Afrika dövlətinin dəstəyi ilə fəaliyyət göstərdiyi irəli sürülüb.

Cənubi Afrika Polis Xidməti ABŞ-ın aparıcı media orqanlarından biri olan CNN-in iddia ilə bağlı sorğusuna cavab verməyib.

 





05.12.2022    çap et  çap et