Vaxt.Az

FTB işə qarışdı


 

ABŞ-da 40 min insanı qaranlığa qərq edən hücum

FTB işə qarışdı ABŞ-ın Şimali Karolina ştatında yarımstansiyaya hücum nəticəsində 40 min insanın işıqsız qalıb. Cinayət hadisəsinin miqyasının kifayət qədər böyük olması Federal Təhqiqat Bürosunun (FTB) istintaq araşdırmasına müdaxilə etməsinə gətirib çıxarıb.

“Moore” rayonunun Şerif Ofisi, yarımstansiyada həftəsonu baş verən atışmanın “qəsdən hədəfə alma” aktı olduğuna əmindir.

Hücumun kim və ya səbəbkarları və motivləri ilə bağlı hələlik heç bir məlumat paylaşılmasa da, FTB-nin də istintaqa cəlb olunduğu bildirilir. Rəsmilər hücumun yarımstansiyaya milyonlarla dollar ziyan vurduğunu və təmirin bir neçə gün çəkə biləcəyini deyirlər.

***

Yarımstansiya təmir olunana və əlavə təlimatlar verilənə qədər ərazidəki məktəblər də bağlanacaq.

Şənbə günü axşam ştatın Mur rayonunda elektrik yarımstansiyasına edilən hücum nəticəsində təxminən 40 000 adam qaranlıqda qalıb və yerli hakimiyyət təhlükəsizlik üçün ərazidə fövqəladə vəziyyət elan edib və axşam saat 21:00-dan 17:00-a qədər komendant saatı tətbiq edib.

 





05.12.2022    çap et  çap et