Türkiyə əleyhinə fikirləri ilə tanınan keçmiş Sosial Demokrat millət vəkili Nalin Pekgül NATO razılaşması çərçivəsində terrorçuların Türkiyəyə təhvil verilməməsi üçün İsveçin baş naziri Ulf Kristerssona məktub göndərib. Kristersson Pekgülün məktubuna cavabında İsveçin terror bazasına çevrilməməsi lazım olduğunu və Türkiyənin terror hücumlarından qorunmaq hüququna malik olduğunu vurğulayıb. Kristersson məktubda yazıb: “Terrorizm, terrorizmin maliyyələşdirilməsi və ya hər hansı digər cinayətdə iştirak etməyənlərin qorxmaq üçün heç bir səbəbi yoxdur. Bununla belə, İsveçdən başqa ölkələri hədəf almasından asılı olmayaraq, İsveçin terror bazasına çevrilməsinə icazə verməyəcəyik. Necə ki, bizdə olduğu kimi Türkiyənin də terrordan qorunmaq hüququ var. Mən həmişə bu barədə açıq danışmışam”, - deyə o bildirib.
İsveçin beynəlxalq hüquqa əməl etməyə davam edəcəyini vurğulayan Kristersson, “İsveç beynəlxalq hüquqa riayət etməyə davam edəcək. Başqa heç nə düşünülə bilməz. Biz dünyanın ən güclü hüquqi dövlətlərindən biriyik. “İsveç vətəndaşları heç vaxt ekstradisiya edilməyəcək”.
Türkiyə və Finlandiya ilə NATO razılaşmasının arxasında İsveçin olduğunu vurğulayan Kristersson, digər tərəflərin də bu mövzuda onları dəstəklədiyini bildirib.
İsveç terror təşkilatı PKK-ya üzv olduğu üçün 6 il 10 ay həbs cəzası alan Mahmut Tatı Türkiyəyə ekstradisiya edib.
İsveçdə saxlanılan Mahmut Tat əməliyyatları tamamlandıqdan sonra paytaxt Stokholmun Arlanda hava limanından təyyarə ilə İstanbula gətirilib. Prosedurlar tamamlandıqdan sonra Tat günorta saatlarında Qaziosmanpaşa Ədliyyəsinə aparılan terrorçu, daha sonra Metris həbsxanasına göndərilib.
Mahmut Tat 2015-ci ildə terror təşkilatı PKK-nın Tuncelidəki fəaliyyətində iştirak ittihamı ilə açılan cinayət işi üzrə 6 il 10 ay müddətinə azadlıqdan məhrum edilib. PKK üzvü Tat daha sonra İsveçə qaçıb.