Vaxt.Az

Ötən il 592 milyardlıq silah satılıb


 

İlk 100 silah şirkəti arasında iki türk şirkəti var

Ötən il 592 milyardlıq silah satılıb Dünyada COVİD-19 pandemiyasının yaratdığı problemlərə baxmayaraq, qlobal silah satışı artmağa davam edir.

Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun (SİPRİ) “SİPRİ – Ən yüksək 100 Silah İstehsalçıları və Hərbi Xidmət Şirkəti 2021” adlı hesabatına əsasən, 2021-ci ildə müdafiə sektorunun ən yaxşı 100 şirkətinin silah və hərbi xidmət satışları əvvəlki illə müqayisədə 1,9 faiz artaraq 592 milyard dollara çatıb. Beləliklə, satışlar son 7 ildə ardıcıl olaraq yüksəlib. Siyahıda Türkiyədən ASELSAN 56-cı, Türk Aerokosmik Sənayesi (TUSAŞ) isə 84-cü yerdə qərarlaşıb.

2021-ci ildə ilk 100-lükdə yer alan iki türk şirkəti ASELSAN və “Turkish Aerospace” birlikdə cəmi 3,4 milyard dollar silah satıb. ASELSAN-ın silah satışı 2020-ci ilə nisbətən 6 faiz artaraq 2 milyard 160 milyard dollara çatıb.

2020-ci ildə ilk 100-lük arasında olan Türk Hava və Kosmik Sənayesi, 2021-ci ildə silah satışında yüzdə 62 artımla yenidən ilk 100-lük siyahısına daxil olub. Şirkətin 2021-ci ildə silah satışı 1,2 milyard dollar olub. Bu əhəmiyyətli artım qismən Türkiyə Silahlı Qüvvələrinə çoxlu sayda “Anka-S” pilotsuz uçuş aparatlarının (PUA) təhvil verilməsi ilə bağlı olub. SIPRI-nin hesabatına görə, ASELSAN 2020-ci ildə 51-ci, 2019-cu ildə isə 53-cü yerdə qərarlaşıb. TUSAŞ isə 2020-ci ildə 107-ci olub.

Amerikanın “Lockheed Martin” şirkəti 2021-ci ildə ilk 100-lük siyahısında birinci yeri tutub. Bu siyahının ilk 10-luğunda ABŞ şirkətləri olduğu halda, Böyük Britaniyadan “BAE Systems” 6-cı yerdə, son dörd şirkət Çin mənşəlidir. İlk 100-də 40 ABŞ şirkəti 299 milyard dollar dəyərində silah satıb.

 





06.12.2022    çap et  çap et