Pentaqonun inventarında olan “Black Hawk” və “Apache” tipli helikopterləri əvəz edəcək yeni nəsil helikopter tenderinin nəticələri açıqlanıb. Tenderə “Sikorsky” və “Boeing”in birgə layihəsi olan “Defiant X” koaksial rotorlu helikopteri və “Textron”un Gələcəyin Uzun Mənzilli Hücum Helikopteri (FLRAA) daxil idi. “Textron`s Bell” şirkəti tenderin qalibi olub.
Dəyəri 1,3 milyard dollar olan müqavilə 2030-cu illərə qədər davam edəcək. Yeni nəsil helikopterlər təxminən 2000 “Black Hawk” kommunal helikopterini və 1200 “Apache” hücum helikopterini əvəz edəcək.
FLRAA yanacaq doldurmadan təxminən 2440 dəniz mili qət edə, eyni zamanda qoşunların təhlükəli qaynar nöqtələrə çatdırılmasında iştirak edə biləcək.
1980-ci illərdə “Apache” tipli vertolyotlardan sonra ABŞ Ordusunun belə irimiqyaslı helikopter alışı olmayıb. “Boeing”in 7 milyard dollar xərcləyərək hazırladığı “RAH-66 Comanche” helikopteri layihəsi 2004-cü ildə ləğv edilib.