Vaxt.Az

Hər 5 işçidən 1-i...


 

121 ölkədə keçirilən sorğuda utancverici mənzərə ortaya çıxıb

Hər 5 işçidən 1-i... BMT-nin Beynəlxalq Əmək Təşkilatı (BƏT) dünyada hər 5 nəfərdən ən azı birinin iş yerində zorakılıq və təzyiqə məruz qaldığını açıqlayıb. BƏT-in hazırladığı, 121 ölkədən 15 yaşdan yuxarı təxminən 75 min əməkdaşın sorğulandığı “İş yerində zorakılıq və təcavüz təcrübələri: Birinci Qlobal Sorğu” adlı hesabatda iş yerlərində yaşa, cinsə və bölgələrə görə pis rəftara məruz qalanların statistikası açıqlanıb.

Hesabatda hər 5 işçidən ən azı birinin (təxminən 23 faiz) iş yerində fiziki, psixoloji və cinsi zorakılıq və ya təcavüzə məruz qaldığı bildirilir.

Müsahibədə iştirak edən kişi və qadın işçilərin 17,9 faizi psixoloji zorakılığa və təzyiqə məruz qalıb.

İşçilərin yüzdə 8,5-i fiziki zorakılığa və təcavüzə məruz qaldığı halda, kişi işçilər bu vəziyyəti daha çox yaşayıb.

Hesabatda rəyi alınan işçilərin 6,3 faizi, xüsusən də qadınlar cinsi zorakılığa və təcavüzə məruz qalıb.

İş yerində zorakılıq və təqib halları ən çox ABŞ-da olub. İkinci yerdə isə Afrika qərarlaşıb.

BƏT-in İdarəetmə, Hüquqlar və Dialoq üzrə Baş Direktorunun köməkçisi Manuela Tomei hesabat şərhində “İnsanların iş yerlərində bir dəfə deyil, bir neçə dəfə zorakılıq və təzyiqə məruz qaldıqlarını bilmək çox ağrılıdır”, – deyə bildirib.

Tomei “Ölkələr arasında psixoloji zorakılıq və təcavüz ən çox yayılıb. Xüsusilə qadınlar cinsi zorakılığa məruz qalırlar”, – deyib.

 





06.12.2022    çap et  çap et