Böyük Britaniyada dəmiryol işçiləri maaşların artırılması tələbləri yerinə yetirilmədiyi üçün Milad ərəfəsində tətilə çıxmağı planlaşdırır. Bildirilib ki, Böyük Britaniyada dəmiryol işçiləri dekabrın 24-27-də dövlətə məxsus “Network Rail” şirkəti ilə danışıqların heç bir qərar vermədən başa çatmasından sonra tətil etməyi planlaşdırırlar. MDDNİH-in baş katibi Mik Linç verdiyi açıqlamada "Əminəm ki, səyahət edənlər həqiqətən məyus olacaqlar, əsəbiləşəcəklər və qəzəblənəcəklər", lakin indiki artım təklifi işçilər üçün minimumdan da azdır”. Hökumətin 2022 və 2023-cü illərdə hər il 4 faiz artım təklifinə səs vermək üçün işçilərə bir həftə vaxt verdiyini qeyd edən Linç, işçilərə təklifi rədd etməyi tövsiyə etdiyini söylədi.
Dəmiryolu işçilərinin maaşlarının iki il ərzində mərhələli şəkildə 8 faiz artırılmasını tələb edən və 2024-cü ilin aprel ayına qədər heç bir ixtisar olmamasını təmin edən həmkarlar ittifaq, dünən hökumətin 2022 və 2023-cü illərdə hər il 4 faiz artım təklifini qəbul etmədiklərini açıqladı.