Vaxt.Az
8600 toyuq məhv olub
Tayvanda quş qripi epidemiyası tüğyan edir
Tayvanın Pinqtunq şəhərinin Yanpu qəsəbəsindəki quşçuluq fermasında quş qripi (H5N2) epidemiyası bölgə rəsmilərini tədbirlər görməyə vadar edib. Yerli səhiyyə qurumları tərəfindən ötən bazar günü (4 dekabr) quş qripi epidemiyasından sonra xəstə olduğu məlum olan 8600-ə qədər toyuq məhv edilib. Şəhər bələdiyyəsi mətbuata açıqlamasında bildirib ki, keçən həftə cümə axşamı bölgədəki bir fermada anormal toyuq ölümləri qeydə alınıb. Ölümlərdən sonra məmurlar fermanı və ətrafını dezinfeksiya edib və topladıqları nümunələri sınaq üçün Heyvan Sağlamlığı Elmi-Tədqiqat İnstitutuna göndəriblər.Bələdiyyə şəhərin şimal hissəsində yüksək riskli quşçuluq
sahəsi olduğunu və hökumətin quş qripi epidemiyasının gedişini yaxından izləyəcəyini
açıqladı. Görülən tədbirlər çərçivəsində rayondakı quşçuluq təsərrüfatlarında nəzarət
və dezinfeksiya tədbirlərinin gücləndiriləcəyi açıqlanıb.
Pinqtunq Bələdiyyəsinin rəsmiləri toyuq fermalarına xəbərdarlıq
edib ki, qripin yayılmasının qarşısını almaq üçün qoca, orta yaşlı və gənc
toyuqların birlikdə bəsləməsinlər. O, xəbərdarlıq edib ki, əgər toyuqlar
anormal şəkildə ölürsə və ya daha az su içməyə etməyə başlayırsa, vəziyyət barədə
dərhal məlumat versinlər.
06.12.2022 çap et