Vaxt.Az

Ölüm hökmü qüvvədə qaldı


 

3 aya yaxındır davam edən nümayişlərlə bağlı indiyədək 6 nəfərə edam cəzası çıxarılıb

Ölüm hökmü qüvvədə qaldı İranda gənc qadının polis nəzarətinə götürüldükdən sonra həyatını itirməsindən sonra başlayan etirazlara görə edam cəzasına məhkum edilən 6 nəfərdən bəzilərinin Ali Məhkəmə tərəfindən təsdiqləndiyi və tezliklə edam ediləcəyi bildirilib.

İranın “Şark” qəzetinin xəbərinə görə, Ədliyyə Başçısı Qulam Hüseyn Muhsini Ecei, etirazlarla əlaqədar həbs olunan bəzi etirazçıların məhkəmə prosesinin qısa müddətdə yekunlaşdığını bildirib.

Ecei bu çərçivədə nümayişlər zamanı “terror, qətl, ictimai asayişi pozmaq” kimi ittihamlarla mühakimə olunanların edam və ya uzun müddətli həbs cəzasına məhkum edildiyini xatırladıb.

Ecei “dövlətə qarşı müharibə aparan, odlu və soyuq silahlarla adam öldürən, inamsızlıq yaradanlardan bəziləri də cəzalandırılıb və tezliklə edam olunacaqlar”, – deyib.

***

Sentyabrın 13-də Tehranda “mənəviyyat polisi” kimi tanınan İrşad patrulları tərəfindən saxlanıldıqdan sonra xəstələnərək xəstəxanaya aparılan 22 yaşlı Məhsa Emininin sentyabrın 16-da ölümü ölkədə etirazlara səbəb olub. hökumət.

İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Hərbi Hava Qüvvələrinin komandanı briqada generalı Əmir Əli Hacızadə noyabrın 29-da etdiyi çıxışında ölkədə təxminən 2,5 aydır davam edən etirazlarda aralarında təhlükəsizlik qüvvələri də daxil olmaqla 300-dən çox insanın həyatını itirdiyini bildirib. İranın Təhlükəsizlik Şurası dekabrın 3-də ölənlərin ümumi sayının 200-ü keçdiyini açıqlayıb.

Amma Norveçdə yerləşən İran İnsan Haqları Təşkilatı (IHR) noyabrın 29-da dərc etdiyi hesabatda rəqəmlər başqadır. Belə ki, yayılan sənəddə Mahsa Eminin ölümündən sonra başlayan küçə nümayişlərinə təhlükəsizlik qüvvələrinin müdaxiləsi nəticəsində 448 etirazçının öldüyü qeyd olunub.

Ölkə mətbuatında yayılan xəbərlərə görə, nümayişlər zamanı 60-dan çox asayiş keşikçisi öldürülüb.

Nümayişlər zamanı minlərlə adam həbs olunub. Hacızadənin sözlərinə görə, noyabrın 8-də nümayişlər zamanı 1024 nəfərə qarşı ittiham aktı hazırlandığını açıqlayıb.

İranda 3 aya yaxındır davam edən nümayişlərlə bağlı indiyədək 6 nəfərə edam hökmü çıxarılıb. Ölüm hökmlərini Ali Məhkəmə də qüvvədə saxlamalı idi.

İran Cinayət Məcəlləsinə əsasən, “ictimai asayişi pozmaq, fitnə-fəsad törətmək və dövlətə qarşı müharibə aparmaq” kimi cinayətləri törədənlər ölüm cəzası ilə mühakimə olunur.

 





06.12.2022    çap et  çap et