Vaxt.Az

Niyə “Moskviç” yox, “Mercedes”?


 

Rusiya prezidentinin geyimi və sürdüyü avtomobil sosial şəbəkələrdə gündəm oldu

Niyə “Moskviç” yox, “Mercedes”? Rusiya ilə Ukrayna arasında müharibə davam edərkən, dünən Rusiya prezidenti Vladimir Putindən diqqətçəkən bir addım gəldi.

Oktyabrın 8-də vurulan və qismən zədələnən Krım körpüsünə gedən Putin burada açıqlamalar verib. Rusiya ilə ilhaq edilmiş Krım arasında qurulan və oktyabr ayında Ukrayna tərəfindən vurulan körpüyə baxış keçirən Rusiya prezidentinin geyindiyi gödəkcə sosial medianın gündəmi olub.

Putinin üzərindəki geyimin italyan markası “Loro Piana” aid olduğu və qiymətinin təxminən 3100 dollar (təxminən 5300 manat) olduğu ortaya çıxıb.

Rusiya vətəndaşının aylıq minimum əmək haqqının təqribən 12 misli qədər olan gödəkcə tənqidlərə səbəb olub.

Digər tərəfdən Putin də körpüdə maşın sürərkən də görüntülənib. Lakin videolarda Putinin Rusiya istehsalı olan avtomobil yerinə “Mercedes” markalı avtomobili idarə etməsi istehzalara səbəb olub. Putini tənqid edən bəzi sosial media istifadəçiləri “Niyə Almaniya istehsalı olan “Mercedes” əvəzinə Rusiya istehsalı olan “Moskviç” istifadə etmir?” şərhini yazıb.

 





06.12.2022    çap et  çap et