Vaxt.Az

10 milyon dollarlıq dava ...


 

Hollivud ulduzlarının məhkəmə çəkişməsi dünya şou-biznesinin gündəmində

10 milyon dollarlıq dava ... Keçmiş həyat yoldaşı Conni Deppə böhtan atdığı üçün 10 milyon dollar təzminat ödəməyə məhkum edilən Ember Hard, tibbi arayışları nəzərə alınmadığı üçün məhkəmənin qərardan apellyasiya şikayəti verib.

Hollivud ulduzu Ember Hard (36) və məşhur aktyor Conni Depp (59) iki illik evlilikdən sonra 2017-ci ildə boşanıblar. 2019-cu ildə “The Washington Post” qəzetində dərc olunan məqalədə Hard məişət zorakılığına və təzyiqə məruz qaldığını bildirib. Bundan sonra Depp keçmiş həyat yoldaşına qarşı böhtan iddiası qaldıraraq 50 milyon dollar təzminat tələb edib. İyun ayında işi qərara alan məhkəmə Deppin ona böhtan atılması iddiasını əsaslandırıb və Hardın keçmiş həyat yoldaşına 10 milyon dollar təzminat ödəməyə qərar verib.

Ember Hardın 68 səhifəlik vəsatətlə məhkəmənin qərarına etiraz edərək apellyasiya şikayəti verdiyi bildirilir. Aktrisanın vəkillərinin hazırladığı vəsatətdə məhkəmə tibbi rəyləri nəzərə almadan qərar çıxarmaqda ittiham olunur. Bu iddiaya görə, hesabatlar Deppin Harda qarşı zorakılıq və cinsi istismarını sübut edir. Müraciətdə həmçinin iddia edilir ki, iş yanlış şəhərdə keçirilib. Digər tərəfdən, günahkar olduğu yeganə böhtana görə Harda 2 milyon dollar təzminat ödəməyə məhkum edilən Depp də bu qərara etiraz edib. Hər iki şikayətə hakimlər qrupu baxacaq.

 





06.12.2022    çap et  çap et