Vaxt.Az

“17 hədəf vurulub”


 

Ölkənin fərqli bölgələrinə ümumilikdə 60-70 arası raket atılıb

“17 hədəf vurulub” Rusiya səkkiz həftə ərzində səkkizinci dəfə Ukraynanın bir çox bölgəsini eyni vaxtda raketlərlə vurdu. BBC-də yer alan xəbərə görə, qış şəraitində istilik və elektrik problemi olan ölkədə son raket hücumundan sonra xüsusilə şərq bölgələrində enerji xətlərində daha böyük kəsintilər yaşanıb.

Cənubda Odessa şəhərində elektrik enerjisi kəsilib. Ukraynadan verilən açıqlamaya görə, bazar ertəsi gecə həyata keçirilən raket hücumlarında 4 nəfər həlak olub.

Ukraynanın məlumatına görə, 60-70 arası raket atılıb. Moskva “17 hədəfin hamısını vurduğunu” bildirib.

Bazar ertəsi günü axşam saatlarında videokonfrans vasitəsilə ictimaiyyətə müraciət edən Ukrayna prezidenti Vladimir Zelenski deyib ki, bu hücumlar qonşu Moldovada elektrik xətlərinə də təsir edib:

“Bu, bir daha sübut edir ki, Rusiyanın bu irimiqyaslı terror aktları təkcə Ukraynaya deyil, bütün regionumuza ziyan vurur”.

 





06.12.2022    çap et  çap et