Vaxt.Az

“Bir gecə, qəfildən ...”


 

Xarici işlər naziri Çavuşoğludan Yunanıstana sərt reaksiya: “Geri addım atmasa, lazım olanı edəcəyik”

“Bir gecə, qəfildən ...” Türkiyə Xarici işlər naziri Mövlud Çavuşoğlu Yunan adalarında keçirilən hərbi təlimə reaksiya göstərərək, “Yunanıstan unutmamalıdır ki, külək əkən, tufanı biçər. Ya bir addım geri çəkilsin, ya da lazım olanı edəcəyik. Bir gecə, qəfildən...”

Xarici işlər naziri Mövlud Çavuşoğlu Rumıniyanın xarici işlər naziri Boqdan Auresku ilə görüşündən sonra jurnalistlərin suallarını cavablandırıb.

Nazir Çavuşoğlu Yunan adaları manevri ilə bağlı bir sual üzərinə Afina rəhbərliyinə açıq xəbərdarlıq edərək, “Yunanıstanın silahlandırdığı adalar 1923-cü il Lozanna və Paris razılaşmaları ilə Yunanıstana bir şərtlə verildi. Yunanıstan bu adaları silahlandıra bilməz. Afina razılaşmaları pozduğu üçün sülh istəmir. Biz hüquqi arqumentlərimizi göndərdik. Cavablara baxdıq. Sırf siyasi demaqoqluq ehtiva edən cavablar. Ədalətsizdir, qanun irəli sürə bilməz”, – dedi.

Çavuşoğlu sözlərini belə davam etdirdi: “Yunanıstan bu pozuntudan əl çəkməsə, bu adaların suverenliyi müzakirə olunacaq. Bu barədə susmağımız mümkün deyil. Adalarla bağlı anlaşmanın pozulmasından əl çəkilməlidir. Ya Yunanıstan geri çəkiləcək, ya da biz lazım olanı edəcəyik. Prezidentimiz ona görə dedi ki, bir gecə qəfil gələ bilərik. Hələlik susuruq. Amma gərəkli addımları atarıq. Yunanıstan unutmamalıdır ki, külək əkən, tufan biçər. Əgər sülh istəmirsinizsə, biz nə lazımdırsa edəcəyik. Bir gecə, qəfildən...”

Nazir Çavuşoğlu İsveç və Finlandiya-nın NATO üzvlüyünə də toxunaraq bunları söylədi: “Biz İsveç və Finlandiyanın üzvlüyünün və NATO-nun genişlənməsinin əleyhinə deyilik, lakin hər iki ölkədə terror təşkilatları var idi və onlar dəstək qazanırdılar. Madriddə üçtərəfli memorandum imzaladıq. Bu sənədin həyata keçirilməsi üçün 3 nəfərdən ibarət daimi komissiya yaratmışıq. Bəzi mühüm addımların atıldığını görürük. Türkiyəyə qarşı silah embarqosu ləğv edilib. Noyabrın 8-də İsveçin baş naziri Ankaraya gəldi.

Finlandiyanın müdafiə nazirinin də Türkiyəyə gəlməsi vacibdir. Çünki Finlandiyadan silah embarqosunun qaldırılması ilə bağlı heç bir açıqlama verilməyib. Bu elanı gözləyirik. Biz iki ölkə arasında fərq qoymuruq. Amma Finlandiya ilə nisbətən az problemimiz var. İsveçin atacağı daha konkret addımlar var. Terrorçuların aktivlərinin dondurulması və cinayətkarların Türkiyəyə ekstradisiyası kimi.

Adını çəkdiyiniz şəxsin ekstradisiyası Türkiyə üçün önəmlidir. Bu şəxs bizim siyahımızda yox idi. Ancaq siyahıdakı adların ekstradisiyası və aktivlərinin dondurulması kimi tələblər mühüm tələblərdir.

Yeni hökumətlə daha müsbət atmosferdəyik. Üzvlük onların vəd edilmiş şərtləri yerinə yetirməsinə bağlıdır. Biz bunu onlarla mehriban şəraitdə paylaşdıq və bundan sonra da paylaşacağıq”.

 





06.12.2022    çap et  çap et