Vaxt.Az

“Masada olmasan, menyuda olacaqsan”


 

Vuçiç: “Serbiyanın nə düşündüyünü söyləmək üçün gəldim”

“Masada olmasan, menyuda olacaqsan” Albaniyanın paytaxtı Tiranada Avropa İttifaqı – Qərbi Balkanlar Sammiti keçirilib. Zirvəyə son anda qatılmağa qərar verən Serbiya prezidenti Aleksandr Vuçiç sessiyadan əvvəl jurnalistlərə açıqlamalar verib. Zirvəyə ölkəsinin mövqeyini qorumaq üçün qatıldığını qeyd edən Vuçiç, “Tirana Aİ və regional liderlərin fikirlərini öyrənmək və Serbiyanın nə düşündüyünü söyləmək üçün gəldim. Masa arxasında olmaq hər zaman yaxşıdır. Orada yoxsansa, menyuda olacaqsan”.

Zirvəyə ölkəsinin mövqeyini qorumaq üçün qatıldığını deyən Serbiya lideri sammitin Serbiyanın maraqlarını müdafiə etmək üçün yaxşı fürsət yaratdığını bildirib və əlavə edib ki, o, Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel və Avropa Komissiyasının sədri Ursula fon der Leyenlə Avropa İttifaqı ilə Serbiya arasında cari məsələləri müzakirə edib.

Kosovo Baş naziri Albin Kurtinin Serb millət vəkillərinin razılığı olmadan seçkilərdə ən az səs toplayan Nenad Rasiçi nazir təyin etməsinə reaksiya verən Vuçiç Tiranada keçiriləcək sammitdə iştirak etməyəcəyini açıqlamış, daha sonra qərarına yenidən baxacağını demişdi.

Sammit çərçivəsində Serbiya prezidenti Vuçiçin İtaliyanın baş naziri Qorgia Meloni, Hollandiyanın baş naziri Mark Rutte, Belçikanın baş naziri Aleksandr De Kroo və Fransa prezidenti Emanuel Makronla danışıqları nəzərdə tutulub.

 





06.12.2022    çap et  çap et