Vaxt.Az

“Mərmilərini belə göndərmədilər”


 

Ukraynalılar İtaliyadan gələn vaxtı keçmiş silahlara reaksiya verib: “II Dünya müharibəsindəkilərdən də pis”

“Mərmilərini belə göndərmədilər” Ukrayna əsgərləri İtaliyanın göndərdiyi köhnəlmiş silahlara reaksiya verib. İtaliyanın “Corriere della Sera” qəzeti Ukrayna əsgərlərinin minaatanlardan məyus olduğunu yazıb.

Qəzetin müxbiri Lorenzo Cremonesi ilə danışan əsgərlər İtaliya hökumətinin göndərdiyi 120 millimetrlik “Mod63” minaatanlarının “İkinci Dünya Müharibəsindən qalan Sovet minaatanlarından daha pis olduğunu” bildiriblər.

Əsgərlər iddia edirdilər ki, minaatanlar 1966-cı ildə istehsal edilib, halbuki nişangahların üzərində 1947-ci il yazılıb.

Ukrayna artilleriyaçılar minaatanlarla birlikdə mərmilərin də göndərilmədiyini iddia ediblər. Əsgərlərin İtaliyanın göndərdiyi minaatanları daha təkmil İsveç istehsalı olan minaatanlarla əvəz etməyə çalışdığı da bildirilib.

Digər tərəfdən döyüşçülərin “İveco Lince 4WD” model taktiki hərbi maşınlar və 155 mm FH-70 haubitsasından da razı qaldıqları da paylaşılıb.

Ukrayna prezidenti Vladimir Zelenski oktyabrın 25-də “Corriere della Sera” nəşrinə verdiyi açıqlamada Rusiyanın hava hücumlarına qarşı İtaliyadan hava hücumundan müdafiə sistemi tələb edib.

İtaliya daha əvvəl Mario Dragi hökuməti dövründə 5 ayrı fərmanla Ukraynaya haubitsa və çoxbarrelli raket sistemləri də daxil olmaqla silah göndərmişdi.

Lakin sentyabrda keçirilən seçkilərdə qalib gələrək ölkəni ələ keçirən Giorgia Meloni noyabrda daşımaların müvəqqəti dayandırıldığını açıqlayıb.

Ötən həftə keçirilən danışıqlarda Kiyev administrasiyasına hərbi yardımın 2023-cü il dekabrın 31-dək davam etdirilməsi haqqında fərman təsdiqlənib.

 





06.12.2022    çap et  çap et