Vaxt.Az

“Biz dəstəyi bunun üçün etmirik!”


 

ABŞ-dan Ukraynanın Rusiya ərazisinə hücumuna sərt reaksiya

“Biz dəstəyi bunun üçün etmirik!” ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays Rusiya ərazisinə pilotsuz təyyarələrin hücumu ilə bağlı açıqlama verib. “Biz Ukraynanın öz sərhədlərindən kənara hücum etməsini dəstəkləmirik, Ukraynanı onun hüdudlarından kənara hücuma təşviq etmirik. Bizim etdiyimiz hər şey Ukraynanın müstəqilliyini dəstəkləməkdir”, – o, deyib.

Ukraynanı suveren ərazisində Rusiyanı məğlub etmək üçün lazım olan hər şeyi təmin etdiklərini bildirən Prays ABŞ mətbuatının ABŞ-ın Rusiya ərazisini vurmasının qarşısını almaq üçün Ukraynaya göndərilən HİMARS çoxbarelli reaktiv yaylım atəş sistemlərində dəyişikliklər edilməsi ilə bağlı xəbərlərə münasibət bildirməyib. .

Ötən gün Rusiyanın Saratov vilayətindəki Engels adına hərbi hava limanında və Ryazan şəhərindəki Dyagilevo hərbi hava limanında partlayış baş verib. “Səhər saatlarında Kiyev rejimi Rusiyanın uzaqmənzilli təyyarələrini zərərsizləşdirmək üçün Ryazan vilayətinin Dyagilevo və Saratov vilayətindəki Engels hərbi aerodromlarına sovet istehsalı olan PUA-larla hücuma cəhd edib”, – deyə Rusiya Müdafiə Nazirliyi bildirib.

Nazirlik hücumlarda 3 rus əsgərinin həyatını itirdiyini, 4 əsgərin isə yaralandığını açıqlayıb.

Bu gün Rusiyanın Kursk şəhərində hava limanına hücum edilib. Kursk vilayətinin qubernatoru Roman Starovoit hava limanında yanacaq tankerinin partladığını bildirərək, “İHA-nın hücumu nəticəsində Kursk hava limanında neft yanacaq tankeri alovlandı. Can itkisi olmayıb. Yanğına müdaxilə edilib. Bütün xüsusi xidmət orqanları hadisə yerində işləyirlər”.

 





06.12.2022    çap et  çap et