Vaxt.Az

120 əsgər azad edildi


 

Rusiya-Ukrayna arasında əsir mübadiləsi davam edib

120 əsgər azad edildi Bildirilib ki, Ukrayna və Rusiya arasında əsir mübadiləsi çərçivəsində 60 Ukrayna və 60 Rusiya əsgəri azad edilib.

Ukrayna Prezident Aparatının rəhbəri Andrey Yermak sosial media hesabından verdiyi açıqlamada Rusiya ilə əsir mübadiləsi nəticəsində 60 Ukrayna əsgərinin azad edildiyini bildirib.

Azad olunanlardan 34 nəfərin Mariupol döyüşçülərinin olduğunu qeyd edən Yermak, “Onların arasında yaralılar da var. Bu əsgərlər Ukraynada lazımi yardımı alacaqlar”, – deyib.

Yermak məhbus mübadiləsi ilə bağlı işləri davam etdirəcəklərini bildirib.

Rusiya Müdafiə Nazirliyinin verdiyi açıqlamaya görə, Ukrayna tərəfi ilə aparılan danışıqlar nəticəsində 60 rus əsgəri azad edilib.

Əsgərlərin nazirliyə məxsus təyyarələrlə paytaxt Moskvaya aparılacaq. Azad olunanlara lazımi tibbi və psixoloji dəstəyin göstərildiyi bildirilib.

Sonuncu dəfə dekabrın 1-də Rusiya ilə Ukrayna arasında əsir mübadiləsi çərçivəsində 50 əsgərin qarşılıqlı olaraq azad edilmişdi.

 





07.12.2022    çap et  çap et