Açıqlamada, epidemiya səbəbilə uşaq xəstəxanalarının reanimasiya şöbələrində yaşanan intensivliyə görə xəstələrin 100 kilometrdən çox uzaqlıqdakı digər xəstəxanalara köçürüldüyü, bəzi təcili hallarda cərrahi müdaxiləyə ehtiyacı olan uşaqların müalicəyə ehtiyacı olduğu bildirilib.
“Robert Koch” İnstitutu (RKI) tərəfindən nəşr olunan hesabatda, yaşanan intensivliyin önümüzdəki həftələrdə daha da artacağı gözlənilir.
Uşaq reanimasiya mütəxəssisi Mixail Sasse, “Uşaqlar ölürlər, çünki onlara daha baxa bilmirik”, – deyib.
Artıq xəstəxanaların reanimasiya xidmətlərində sıxlığın olduğunu bildirən ekspertlər RVS virusu epidemiyası səbəbindən bu sıxlığın həddindən artıq artdığını, bəzi xəstəxanaların maksimum xəstə sayına çatdığını qeyd ediblər.
Epidemiya və xəstəxanalardakı sıxlığa görə bəzi federal ştatların bu problemlə mübarizədə birgə çalışdığı qeyd edilib.