Pentaqona bağlı Müdafiə və Təhlükəsizlik Əməkdaşlıq Agentliyi (DSCA), ABŞ Dövlət Departamentinin Polşaya 3,75 milyard dollar dəyərində silah və sursat satışına icazə verdiyini açıqlayıb. DSCA-nın bəyanatında deyilir ki, satış Polşanın cari və gələcək təhdidlərlə mübarizə qabiliyyətini, NATO əməliyyatlarında iştirakını və düşmənin qarşısını almaq imkanlarını artıracaq. Buna uyğun olaraq, ABŞ Polşaya 116 “M1A1 Abrams” tankı, 12 “M88A2 Hercules” zirehli bərpa maşını, 8 “M1074” birgə hücum körpüsü, 6 “M577” komanda məntəqəsi, 26 “HMMWV” yüksək hərəkətlilik üçün çoxməqsədli avtomobil, 26 “JLTV” yüngül zirehli texnika, minlərlə tank sursatları və pulemyotlar göndərib.
DSCA-nın açıqlamasından sonra Polşa baş nazirinin müavini və milli müdafiə naziri Mariuş Blaşçak sosial media hesabında “Polşa Silahlı Qüvvələrinin zirehli potensialını artırmaqda daha bir addım geridə qoyduq. ABŞ Dövlət Departamenti, Polşaya 116 tank və sursat satışı. Danışıqlara başlayırıq. İlk çatdırılma 2023-cü ildə baş tutacaq”.