Biz təbiətlə harmoniyada deyilik. Hətta tamamilə fərqli simdə oynayırıq. Dünyada yüz illərdir ki, biz məhvetmə alətlərinin ifa etdiyi xaos kakofoniyasına rəhbərlik edirik. Meşələrin qırılması və səhralaşma bir vaxtlar inkişaf edən ekosistemlərdə boş ərazilər yaradır.
Torpağımız, suyumuz, havamız kimyəvi maddələrlə, pestisidlərlə zəhərlənib, plastiklə boğulur. Qalıq yanacaqlardan asılılığımız iqlimimizi istilik dalğaları və meşə yanğınlarından tutmuş, quraqlıqdan yanan və ya su basmış, dəhşətli daşqınlar nəticəsində məhv olmuş cəmiyyətlərə qədər xaosa sürükləyib.
BMT baş katibi bildirib ki, “Cop15” toplantısı mənfəət güdərək vəhşi təbiəti məhv etməkdənsə, bəşəriyyətin onunla barışması ilə nəticələnməlidir.
Çoxmillətli korporasiyalar bank hesablarını doldurduqca dünyamızın təbii hədiyyələrini boşaldırlar.
Ekosistemlər qazanc oyuncaqlarına çevrilib. Nəzarətsiz və qeyri-bərabər iqtisadi artıma olan sonsuz iştahamızla bəşəriyyət kütləvi qırğın silahına çevrilib. Biz təbiətə tualet kimi yanaşırıq. Və nəhayət, etibarnamə ilə intihar edirik.
Milyarder fantaziyaları bir yana, Planet B deyə bir şey yoxdur. Biz planeti öz əlimizdə düzəltmək məcburiyyətindəyik. Biz bu gözəl hədiyyəni dəyərləndirməliyik. Təbiətlə barışmalıyıq. Sizi düzgün iş görməyə çağırıram. Təbiət üçün bir addım atın.
Biomüxtəliflik üçün addımlar atın. İnsanlıq üçün bir addım atın. Gəlin hamımız təbiətlə sülh müqaviləsinin iddialı çərçivəsini qəbul edək və həyata keçirək və uşaqlarımıza daha yaxşı, yaşıl, mavi və daha davamlı dünya buraxaq”, – deyə baş katib çıxışını yekinlaşdırıb.