«İmkanım olsaydı, Krımda referendumun keçirilməsinin və bu bölgənin Ukraynadan ayrılmasının qarşısını almağa çalışardım».
Bunu «Dojd» telekanalına müsahibəsində Ukraynanın sabiq prezidenti Viktor Yanukoviç deyib.
«Bu proseslər mənim vaxtımda olsaydı, buna imkan verməməyə çalışardım» - deyə o vurğulayıb.
Krımda baş verənləri faciə adlandıran Yanukoviç Rusiya prezidenti Vladimir Putindən Ukraynaya qoşun yeritməyi xahiş etdiyini təsdiqləyib (APA).
çap et