Vaxt.Az
ABŞ-dan Çini qəzəbləndirən addım
428 milyon dollarlıq silah-sursat satışına icazə verildi
ABŞ Dövlət Departamenti Tayvana 428 milyon dollar dəyərində hərbi satışa icazə verib. ABŞ Müdafiə Təhlükəsizliyi Əməkdaşlıq Agentliyi, Çinlə mübahisəli Tayvan adasına iki ayrı hərbi satışın təsdiqləndiyini açıqladı. Mövzu ilə bağlı Agentlikdən ABŞ Konqresinə bildiriş göndərilib.
Bildirişdə, silah sistemlərinin ehtiyat hissələri 330 və 98
milyon dollar dəyərində “F-16” və “C-130” təyyarə parkının da daxil olduğu hərbi
satışın təsdiqləndiyi bildirilib.
“Mümkün satış həm də ABŞ-ın iqtisadi, milli və təhlükəsizlik
maraqlarına və alıcının etibarlı müdafiə qabiliyyətini saxlamaq cəhdlərinə xidmət
edir”, – agentliyin açıqlamasında deyilir.
07.12.2022 çap et