“Twitter” sosial şəbəkəsinin yeni sahibi, milyarder iş adamı İlon Mask şirkətin vəkili Ceyms Beykeri işdən çıxarıb. Mask işdən çıxarılmasına səbəb kimi senzura iddialarında Beykerin də iştirak etmə şübhələrini göstərib.Qərarı rəsmi “Twitter” hesabında ictimaiyyətə açıqlayan Mask, "İctimai dialoq üçün vacib olan məlumatların gizlədilməsində mümkün rolu ilə bağlı narahatlıqları səbəbilə bu gün “Twitter”dən uzaqlaşdırıldı" deyib. Mask, işdən çıxarılmadan əvvəl Beykerin mövzu ilə bağlı məlumatlarına baxıldığını ifadə edərək, vəkilin cavablarının "inandırıcı olmadığını" ifadə etdi.
Keçmiş “Twitter” administrasiyası tərəfindən işə götürülməzdən əvvəl Federal Təhqiqat Bürosunun (FTB) vəkili olan Beykerin 2020 prezident seçkiləri zamanı ABŞ prezidenti Co Baydenin oğlu Hunter Bayden haqqında xəbərlərə “Twitter”də senzura tətbiq etdiyi açıqlanıb.
çap et