“Haaretz” qəzetinin xəbərinə görə, Aİ İsrailin qurumdakı səfiri Xaim Regevə İsrail Polisi ilə Avropa İttifaqı Polis Xidməti (Avropol) arasında kəşfiyyat əməkdaşlığına dair saziş layihəsini dondurduğunu çatdırıb.
Bildirilib ki, bu qərar noyabrın 1-də İsraildə keçirilən növbədənkənar ümumi seçkilərdə qalib gələn və yeni koalisiya hökumətində söz sahibi olacağı gözlənilən Likud Partiyasının lideri Netanyahunun başçılıq etdiyi sağ blokda yer alan ifrat sağçı partiyaların yaratdığı narahatlıqlar səbəbindən verilib.
Sentyabr ayında imzalanan və Avropa Parlamentinin təsdiqini tələb edən Aİ ilə İsrail arasında əməkdaşlıq sazişi layihəsi üzv dövlətlər arasında cinayət və terrorizmlə mübarizə üçün kəşfiyyat məlumat mübadiləsini yaxşılaşdırmaq məqsədi daşıyırdı.
Həmçinin bu qərarın Aİ-nin İsrailə İordan çayının qərb sahilinə yönəlik siyasətlərində təktərəfli addımlarının Aİ ilə əməkdaşlığını təhlükə altına salacağına dair “ilk siqnalı” olduğu vurğulanıb.
“Haaretz” qəzeti Avropanın artıq imzalanmış layihəni təqib etməmək barədə qeyri-adi qərarının Təl-Əviv administrasiyasında “təhlükəli siqnallar yaratdığını” şərh edib.
İsrail hökuməti bu qərarı şərh etməyib.
Bildirilir ki, son illərdə İsrail və Aİ ölkələri arasında qarşılıqlı kəşfiyyat məlumatı mübadiləsi Avropa ölkələrində silsilə terror aktlarının qarşısının alınmasına kömək edib, həmçinin İsraildə mütəşəkkil cinayətkarlıqla mübarizəyə kömək edib.
Son illərdə erkən seçki və koalisiya böhranı spiralında olan İsraildə noyabrın 1-də keçirilən növbədənkənar 120 yerlik parlament seçkisində keçmiş baş nazir və müxalifət lideri Benyamin Netanyahunun rəhbərlik etdiyi sağ blok 64 səs qazanaraq açıq qələbə qazanıb.
İsrail prezidenti İsaak Hersoq noyabrın 13-də Netanyahunu hökuməti qurmaq üçün təyin edib.
Netanyahunun rəhbərlik etdiyi sağçı blok “Şas”, “Birləşmiş Tövrat Yəhudiliyi” dini partiyalarından və ifrat sağçı Dini Sionizm və Yəhudi Gücü partiyalarından ibarətdir.
İsrailin yeni baş naziri olacağı gözlənilən Netanyahu müttəfiqləri ilə davam edən koalisiya danışıqları çərçivəsində “Milli Təhlükəsizlik Nazir”liyini İtamar Ben-Qvirə verib.