Tətil etməkdə israrlı olan işçiləri xəbərdar edən Sunak dedi: “Ancaq həmkarlar ittifaqı liderləri ağılsız olmağa davam edərlərsə, o zaman Britaniya xalqının həyatını və dolanışıq vasitələrini qorumaq üçün hərəkətə keçmək mənim borcumdur. Baş nazir olandan bəri insanları bu cür pozuntulardan qorumaq üçün yeni sərt qanunlar üzərində işləyirəm”.
İngiltərə Səhiyyə naziri Stiv Barklay, parlamentdə səhiyyə sektoru işçilərinin tətil qərarlarını dəyərləndirərkən, hökumətin ictimai işçilər üçün mövcud inflyasiya səviyyəsini yüksəldəcəyi təqdirdə, 28 milyard funt sterlinq əlavə xərc yarana biləcəyini bildirib.
Britaniya hökuməti nəqliyyat sektorunda çalışanları tətil etmək qərarına gəldikləri günlərdə belə minimum səviyyədə xidmət göstərməyə məcbur edən qanun layihəsini parlamentə təqdim etmişdi.
Ekspertlər düşünürlər ki, Britaniya hökuməti gələcəkdə bu qanun layihəsini genişləndirərək digər sektorları da əhatə edə bilər.
Ölkədə dəmiryolçuların 13-17 dekabr və 3-7 yanvar 2023-cü il tarixlərində, Şotlandiya istisna olmaqla, bütün ölkədə səhiyyə işçilərinin isə 15-20 dekabr tarixlərində kollektiv tətilə çıxması planlaşdırılır.
İngiltərə iqtisadiyyatı bu ilin üçüncü rübündə yüzdə 0,2 daraldığı halda, İngiltərə Bankı ölkənin tənəzzülə girdiyini açıqladı.
Bu ilin noyabr ayında ölkədə ərzaq məhsullarının qiymətləri 14,6 faiz artıb.
Böyük Britaniyada inflyasiya, xüsusilə enerji və ərzaq qiymətləri ilə yüksəlməyə davam edərək, oktyabr ayında illik 11,1 faizlə 41 ildə pik həddinə çatdı.