Musavat.com-un məlumatına görə, bu barədə «The Telegraph» qəzeti yazıb. «Çox vacibdir ki, NATO üzvlərinin hamısı eyni təhlükəsizlik səviyyəsinə malik olsun», - deyə Polşanın xarici işlər naziri Radek Sikorski bu mövzuda çıxış edərkən bildirib.
Öz növbəsində Hollandiya XİN-in başçısı Frans Timmermans alyansın Rusiya ilə sərhəddə hər hansı qüvvəsinin olmasını istəmədiklərini söyləyib.
NATO-ya üzv ölkələrin xarici işlər nazirləri bu gün Brüsseldə toplaşaraq alyans qüvvələrinin Polşada və Rusiya ilə həmsərhəd baltikyanı ölkələrdə yerləşdirilməsi xahişini müzakirə ediblər.