Fevralın 24-dən Rusiya ilə müharibə vəziyyətində olan Ukrayna liderinin cəsarətinin bütün dünyanı ruhlandırdığı bildirilib və onu müharibənin başlanğıcında Kiyevi tərk etmək əvəzinə paytaxtda qalmasının böyük əhəmiyyət kəsb etdiyi qeyd edilib.
Məqalədə 44 yaşlı Zelenski ilə bağlı “Zelenskinin müharibə lideri kimi uğuru cəsarətin yoluxucu olduğunu göstərməkdən oldu. Ukraynanın siyasi rəhbərliyi müharibənin ilk günlərində Kiyevdə qalıb, dövlət başçısının vəzifədə olduğunu hamıya nümayiş etdirdi”, – fikirlərə yer verilib.
Keçən il “Time” jurnalı ilin adamı kimi “Tesla”nın baş direktoru İlon Maskı seçmişdi.
Jurnal 1927-ci ildən bəri hər ilin dekabr ayında “İlin adamı” seçir.