Rivz Cənubi Amerikanın məşhur mədəniyyət xəbər saytı “Omelete”yə verdiyi açıqlamada, "Con Uik-4 indiyə qədər çəkdiyim ən çətin filmdir" dedi. Məşhur aktyor sözlərini belə davam etdirib: “Fəaliyyət baxımından indiyə qədər çəkdiyim ən çətin filmdir, amma onu əzəmətli edən də budur”.
Rivz, daha əvvəl CCXP-də iştirak etdiyi başqa bir paneldə bir çox fərqli səhnələr də çəkdiklərini bildirib. Aktyor filmdə qəhrəmanının arxasıyca düşənlərin çox olduğunu söyləmişdi. Serialın 4-cü filmində Con Uik başına qoyulan mükafata görə bir çox muzdlu qatillərlə, öz azadlığı üçün Ali Şura ilə mübarizə aparır.
Rivslə, yanaşı Doni Yen (Donnie Yen), Bil Skarsqard (Bill Skarsgård) və Lorens Fişburnun (Laurence Fishburne) rol aldığı “Con Uik 4” 24 mart 2023-cü ildə ekranlara çıxacaq.
Con Uik serialının “spin off”u olan “Ballerina” da gələn il tamaşaçılarla görüşəcək. Rivz həmin filmdə Ana de Armasla tərəf-müqabil olacaq.