 Azərbaycanın peyk operatoru «Azərkosmos» ASC və Ukraynanın «Ukrkosmos» şirkəti arasında bir sıra Ukrayna televiziya kanallarının «Azərspace-1» peyki vasitəsilə Avropa və Mərkəzi Asiya regionlarında, eləcə də Yaxın Şərqin bir neçə ölkəsində yayımına dair saziş bağlanıb.
		
		
Azərbaycanın peyk operatoru «Azərkosmos» ASC və Ukraynanın «Ukrkosmos» şirkəti arasında bir sıra Ukrayna televiziya kanallarının «Azərspace-1» peyki vasitəsilə Avropa və Mərkəzi Asiya regionlarında, eləcə də Yaxın Şərqin bir neçə ölkəsində yayımına dair saziş bağlanıb.«APA-Economics»in
Rabitə və Yüksək Texnologiyaları Nazirliyinə istinadən verdiyi məlumata görə,
«UTR», «Kultura», «Lvov TV», «KDRTK» və «ÇP INFO» kimi TV kanallarının daxil
olduğu paket MPEG-2 standartında yayımlanacaq.
Qafqazda
yeganə peyk operatoru olan «Azərkosmos» ASC rəqəmli yayım, VSAT şəbəkələri və
digər telekommunikasiya xidmətlərinin göstərilməsi üçün peyk tutumları təqdim
edir.
Qeyd
edək ki, ötən ilin fevral ayında orbitə buraxılmış və «Azərkosmos» tərəfindən
idarə edilən «Azərspace-1» peyki 46 dərəcə Şərq uzunluğu orbital mövqeyində
yerləşir və Avropa, Afrika, Yaxın Şərq, Qafqaz və Mərkəzi Asiya regionlarını
əhatə edir.
 çap et
  çap et