Bu vəziyyət Rusiyada həm böyük diskomfort, həm də yeni mübahisə yaradıb. Ukrayna hücumlara görə məsuliyyəti üzərinə götürməsə də, təxminlər belədir. Hücumların hansı silahlarla həyata keçirildiyi müzakirə mövzusudur. Rusiyadan verilən açıqlamalardan sonra açıqlama verən ABŞ dövlət katibi Entoni Blinken ölkəsinin Ukraynaya özünü müdafiə edə bilməsi üçün silah və sursat verməyə davam edəcəyini, ancaq Ukraynanı Rusiya sərhədləri daxilində hücuma təşviq etmədiklərini və dəstəkləmədiklərini bildirib. ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays isə Rusiya ərazisinə pilotsuz uçuş aparatının (PUA) hücumlarına işarə edərək, Blinkenin dediklərinə oxşar açıqlamalar verib. Prays Ukraynanın Rusiya ərazisini vurmasının qarşısını almaq üçün Ukraynaya göndərilən HIMARS çoxxassəli reaktiv yaylım atəş sistemlərində dəyişikliklər edilməsi xəbərini şərh etməyib.
Ukrayna qüvvələri Rusiyanın işğal etdiyi və sonra geri çəkildiyi Xarkov vilayətində rusların işğal zamanı istifadə etdiyi sursatları toplayıb. Mütəxəssislər bu sursatları araşdırmağa başlayıblar.