Vaxt.Az

“Yeni iqtisadi şoklar”


 

Rusiya Mərkəzi Bankı hesabat açıqladı

“Yeni iqtisadi şoklar” Rusiya Mərkəzi Bankı bildirib ki, Avropa İttifaqının (Aİ) Rusiya neftinə tətbiq etdiyi yeni sanksiyalar və qiymət maksimumu ölkədə iqtisadi fəallığı əhəmiyyətli dərəcədə azalda biləcək “yeni iqtisadi şoklar”dır.

Rusiya Mərkəzi Bankı tərəfindən hazırlanmış “Trendlər nə deyir?” hesabatında deyilir ki, qismən səfərbərlik oktyabrın ortaları və noyabrın əvvəllərində Rusiya iqtisadiyyatında qısamüddətli tənəzzülə səbəb olub.

Noyabrın ikinci yarısında iqtisadiyyatın yenidən stabil prosesə girdiyinə dair məlumatların yer aldığı hesabatda bunun əsas səbəbi hökumətin verdiyi sərəncamlara dəstək olub.

Hesabatda Aİ ölkələrinin Rusiyadan dəniz yolu ilə daşınan neftin idxalını dayandırması və “Urals” neft markasına 60 dollarlıq maksimum qiymət tətbiq etməyə başlamasının ölkə iqtisadiyyatına mənfi təsir göstərəcəyi bildirilib.

Aİ-nin yeni addımlarının iqtisadiyyatı şoka sala biləcəyinə diqqət çəkən hesabatda, “Rusiyadakı iqtisadi aktivliyi əhəmiyyətli dərəcədə azalda biləcək yeni iqtisadi şoklar arasında Avropanın Rusiya neftinə tətbiq etdiyi sanksiyalar və qiymət maksimumları önə çıxır”, – deyə bildirlir.

Aİ ölkələri dekabrın 2-də Rusiyadan dəniz yolu ilə daşınan neftin bir barelinin maksimum qiymətinin 60 dollar olması barədə razılığa gəliblər.

Böyük yeddilik və Aİ ölkələri də dekabrın 5-dən Rusiyadan dəniz yolu ilə daşınan neftin idxalına qadağa qoyub. Rusiya rəsmiləri maksimum qiymət tətbiqinə qatılan ölkələrə neft və neft məhsulları satmayacaqlarını açıqlayıb.

 





08.12.2022    çap et  çap et