Vaxt.Az

Xəzərdə suiti qətliamı


 

Müharibənin təbiətə vurduğu əvəzolunmaz ziyanlar

Xəzərdə suiti qətliamı Son həftələrdə Xəzərin Rusiya və Qazaxıstan sektorunda 2 500 Xəzər suitisinin cəsədinin sahilə çıxmasına dair xəbərlər gəlir. Sayları “Qırmızı kitab”a düşəcək qədər azalan suitinin kütləvi ölümü təşviş doğurur.

Səbəbləri haqqında isə mütəxəssislər ciddi bir şey söyləmirlər.

Ehtimal olunur ki, Rusiya Ukraynaya qarşı apardığı müharibədə Engels şəhərində yerləşən hərbi hava qüvvələrinə aid aerodromdan qalxan strateji-bombardmançı təyyarələrdən buraxılan “X 22” və bu tərz raketlərdən istifadə edir. Bunun üçün təyyarə aviabazadan qalxdıqdan sonra Xəzərin Rusiya akvatoriyasına gəlir və raketi oradan buraxır. Əslində Ukraynaya tuşlanmış raketi tərs, yəni Xəzər istiqamətindən buraxmağın bir səbəbi var. “X 22” raketinin yanacağı zəhərlidir və əksəriyyətinin istifadə müddəti bitdiyindən bu raketlərin ciddi problemləri var – raketlərin bir qismi təyyarədən fırladıldıqdan sonra uçmur, yerə düşür. Bu səbəbdən raketlər insan yaşayan torpaqlara düşməsin deyə dəniz üzərindən atırlar.

Görünür, Rusiya daha keyfiyyətli raketləri qurtardığı üçün problemli “X 22” raketlərdən istifadəyə başlayıb. Bu səbəbdən Xəzərə düşən nasaz raket sayı da artıb. Nəticədə, dəniz çirklənir, canlı təbiət də zərər görür.

 





08.12.2022    çap et  çap et