Vaxt.Az

30 ildə ilk dəfə ...


 

Britaniya hökuməti kömür mədəni layihəsinə lisenziya verdi

30 ildə ilk dəfə ... Böyük Britaniya hökuməti 30 ildə ilk dəfə ölkədə kömür mədəninə lisenziya verildiyini bildirib. İnkişaf və sosial mənzillər üzrə naziri Maykl Qovun şimal-qərb Kambriya bölgəsində kömür mədəni layihəsini təsdiqləməsi barədə məlumat hökumətin bəyanatında yer alıb.

Açıqlamada, “Bu kömür ölkədə istehsal olunmadığı təqdirdə xaricdən idxal edilməli olan poladın istehsal mərhələsində istifadə olunacaq. Bundan elektrik enerjisi istehsalı üçün istifadə olunmayacaq”, – bəyanatda bildirilir.

İngilis mətbuatında 165 milyon funt-sterlinqlik sərmayə ilə mədəndən ildə 2,8 milyon ton kömür hasil edilməsinin gözlənildiyi bildirilir və 30 il sonra hökumətin ilk olaraq bir kömür mədəninə lisenziya verdiyi diqqətə çatdırılır.

Digər tərəfdən, ekspertlər mədən fəaliyyətə başladıqdan sonra ildə 400 min ton istixana qazının buraxılmasına səbəb olacağını bildirirlər.

“Greenpeace”in bəyanatında Böyük Britaniyanın iqlim məlumatlılığı üzrə lider deyil, “iqlim ikiüzlülüyündə super güc” olmağı seçdiyi tənqid edilib.

Britaniya hökuməti daha əvvəl bildirmişdi ki, 2050-ci ilə qədər ölkədə sıfır karbon tullantılarına nail olmaq niyyətindədir.

 





08.12.2022    çap et  çap et