Vaxt.Az

Sıxılmış qaz ixracı artırılacaq


 

ABŞ ən yaxın müttəfiqinə 10 milyard kubmetr LNG göndərməyi hədəfləyir

Sıxılmış qaz ixracı artırılacaq ABŞ prezidenti Co Bayden bu gün verdiyi açıqlamada gələn il İngiltərəyə ixrac ediləcək sıxılmış qaz (LNG) miqdarının 2021-ci ilə nisbətən iki dəfədən çox artacağını bildirib.

Razılaşma çərçivəsində ABŞ-ın 2023-cü ildə İngiltərəyə ən azı 9-10 milyard kubmetr LNG göndərməyi hədəflədiyi bildirilib. Sözügedən miqdar 2021-ci ildə 3,9 milyard kubmetr idi.

Böyük Britaniyanın baş naziri Rişi Sunak ölkəsinin Rusiyadan enerji asılılığını azaltmağı və Ukrayna müharibəsi səbəbindən artan enerji xərclərini azaltmağı hədəflədiyini bildirib.

“Birgə hərəkət edərək, Böyük Britaniya və ABŞ qlobal enerji qiymətlərinin və milli təchizatımızın hər hansı rejim tərəfindən bir daha manipulyasiya imkan verilməməsi təmin ediləcək”.

Bayden və Sunakın yaydığı birgə bəyanatda aşağıdakı ifadələr yer alıb: “Avropa Rusiya enerjisindən asılılığını azaltsa da, ABŞ və Böyük Britaniya beynəlxalq enerji təhlükəsizliyini və davamlılığını dəstəkləmək üçün müttəfiqləri ilə əməkdaşlığı artırmağa sadiqdirlər”.

Rusiya prezidenti Vladimir Putinin fevralın 24-də verdiyi hərbi əməliyyat əmri ilə başlayan müharibədən sonra İngiltərədə enerji böhranı yaranıb.

Hökumət ev təsərrüfatlarına enerji ödənişləri və bəzi kömür stansiyaları üçün əlavə 400 funt-sterlinq yardım elan etdi.

Avropa İttifaqı (Aİ) ölkələri Rusiya enerjisindən asılılığı azaltmaqla bağlı addımlar atıb.

 





08.12.2022    çap et  çap et