Şuranın yekun bəyanatında Krımın Rusiya tərəfindən «qeyri-qanuni anneksasiyası» pislənmiş, enerji təchizatında yaranacaq problemlərin Aİ və ABŞ-ı bərabər şəkildə narahat etdiyi bildirilmişdir. Şura Ukraynanın enerji təchizatının diversifikasiyası, enerji saxlanması qabiliyyətinin artırılmasına yönəlmiş səylərini dəstəklədiyini bəyan edir, Ukrayna hökumətinin subsidiyalaşmış enerji qiymətləri siyasətini dəyişmək öhdəliyini alqışlayır.