İranda əxlaq polisi tərəfindən saxlanıldıqdan sonra öldürülən Məhsa Əminin ölümündən sonra başlayan etirazlarda gözlənilən ilk baş verdi. Nümayişlərdə iştirak etməkdə və polisi yaralamaqda günahlandırılan, haqqında ölüm hökmü kəsilən Möhsün Şəkəri edam olunan ilk şəxs olub.Bu barədə İran hökumətindən açıqlama gəlib. Yarı rəsmi xəbər agentliyi “Tasnim” məlumat verib.
Son illərin İran hökumətinə qarşı ən böyük etirazı kimi xarakterizə edilən aksiyalarla bağlı ilk edam olsa da, Şəkəri haqqında əlavə məlumat verilməyib. Ötən gün İran İnqilab Keşikçiləri Korpusu (SEPAH) rəsmiləri həbs edilən nümayişçilərə verilən cəzalardan məmnun olduqlarını açıqlamışdı.
Çərşənbə axşamı İran rəsmisi Məsud Setayeşi Bəsic silahlıları Ruhallah Əcəmianı öldürməkdə təqsirli bilinən beş nəfəri edam cəzasına məhkum edib.
çap et