“Disclose” (ifşa) saytının məlumatına görə, FDKİ dekabrın 14-də saytın həmtəsisçisi, jurnalist Cefri Livolsi (Geoffrey Livolsi) və “Radio France”dan Benua Kolomba (Benoit Collombat) və Jak Monini (Jacques Monin) ifadə verməyə çağırıb.
Jurnalistlər 2018-ci ildə bəzi yüksək rütbəli məmurların hərbi personalın daşınması müqavilələrində, xüsusən də Afrikanın Sahel bölgəsindəki əməliyyatlarda səlahiyyətlərindən istifadə edərək uzun müddət qəyyumluq etməsi barədə xəbərlərə görə ifadə verməyə çağırılıb.
Məhkəmə prosesinə məruz qalacaq jurnalistləri bu prosesin sonunda günahı sübuta yetirilərsə, hər birini 5 il həbs və 75 min avroya qədər pul cəzası gözləyir. Prokurorluğun 2017-ci ildə açılan istintaqla əlaqədar başladılan araşdırmanı jurnalistlər “Fransa dövləti mətbuat azadlığına qarşı: “Disclose” və “Radio France” jurnalistləri FDKİ-yə çağırıldı” başlığı ilə manşetə daşıdı və “Fransız ordusunu araşdırmaq olarmı?” sualı ilə oxucularına müraciət etdi.
Qeyd edək ki, 2021-ci ildə Müdafiə Nazirliyi tərəfindən Fransa kəşfiyyatının Misirdə mülki insanların ölümündə səhlənkarlığa yol verdiyi xəbərinə görə təşkilata qarşı cinayət işi açıldıqdan sonra prokurorluq araşdırma başlatdı, nəticəsi hələ açıqlanmadı.
2019-cu ildə daha üç “Disclose” jurnalisti də Fransanın Yəmənə silah satdığına dair xəbərlərinə görə “milli müdafiə sirrini pozmaq” ittihamı ilə istintaqa cəlb edilib. Fransız kəşfiyyatı “Disclose”nin mənbələrinə çatmaq üçün bir il ərzində dərin araşdırmalar aparıb.