2008-2010-cu illərdə Putinin əsas kadrlarında olan, lakin sonradan siyasi ekspert kimi karyerasını davam etdirən Qalyamov Rusiyanın müharibədə məğlub olacağı təqdirdə Putinin qaçış planının hazır olduğunu irəli sürüb. Bir vaxtlar Putinlə yaxından əməkdaşlıq edən Qallyamov iddia edirdi ki, Putinin yüksək səviyyəli heyəti “Nuhun gəmisi” kod adlı qaçış planına son nöqtəni qoyur.
Mümkün məğlubiyyət halında Putinin Argentina, Venesuela və ya Çinə uçuşunun gündəmdə olduğu bildirilərkən, “Telegram”dan iddialarını sıralayan Qallyamov, “Bu məlumat etibarlı mənbədən gəldi. Normalda Kremlin içindən məlumat paylaşmazdım, amma bu gün istisna edəcəyəm”.
“Nuhun gəmisi” adlandırılan planı açıqlayan Qallyamov “Layihənin adından da göründüyü kimi, ölkədə yaşamaq mümkün olmadığı təqdirdə yeni yaşayış məntəqəsi tapmağı hədəfləyir. “Putinin kadrları müharibənin itirilməsi, hakimiyyətin itirilməsi kimi vəziyyətləri gözardı etmir və onun ölkəni tez bir zamanda tərk etməli olduğu halda planlar qurur.
Rusiyanın nüvə araşdırma mərkəzini idarə edən Mixail Kovalçukun Çinə qaçmaq təklifini gündəmə gətirdiyini, lakin bunun birmənalı qarşılanmadığını bildirən Qallyamov Argentina və Venesuelanın etibarlı ola biləcəyi qənaətinə gəlindiyini bildirib.
Bildirilib ki, rusiyalı oliqarx İqor Seçin Venesuela lideri Maduro ilə yaxın münasibət qurub və bu yolla Venesuelaya qaçmaq planının mümkün olacağı təqdirdə Seçin bu prosesi idarə edəcək.