Vaxt.Az

Şengen genişlənir


 

Xorvatiyanın üzvlüyə prəblem olmadığı halda, 1 ölkə Rumıniyanın, 2-si isə Bolqarıstanın əleyhinədir

Şengen genişlənir Avropa İttifaqı (Aİ) ölkələrinin daxili işlər nazirləri Çexiyanın sədrliyi yanında 2022-ci il və sonuncu Ədliyyə və Daxili İşlər Şurasının iclasında iştirak etmək üçün Brüsseldə bir araya gəlib. İclasın girişində mətbuata açıqlama verən Aİ Komissiyasının vitse-prezidenti Marqaritis Şinas nazirlərin Bolqarıstan, Rumıniya və Xorvatiyanın Şengenə qoşulmasını müzakirə edəcəklərini bildirib.

Şinas, komissiyanın hər üç ölkənin texniki cəhətdən buna hazır olduğu qənaətinə gəldiyini və “Qalan bir neçə tərəddüd siyasidir” dedi. Şinas nazirlərin Xorvatiyaya yaşıl işıq yandıracağına əmin olduğunu bildirib və danışıqların digər iki ölkə üçün müsbət olacağına ümid etdiyini bildirib.

Avstriya Bolqarıstan və Rumıniyanın Avropada Şengen vizasız zonasına daxil edilməsinə qarşıdır. Hollandiya isə təkcə Bolqarıstanın Şengenə girməsini istəmir.

Hər iki ölkə korrupsiya, sərhəd nəzarəti və qanunun aliliyi ilə bağlı narahatlıqlarını qeyd edir.

Bolqarıstan və Rumıniyanın üzvlüyünə dair səsvermə birlikdə keçiriləcək. Xorvatiya üçün ayrıca səsvermə keçiriləcək. Şengenin genişlənməsi hər bir üzv dövlətin yekdil səsini tələb edir.

Şengen zonası 26 Avropa ölkəsindən ibarətdir. 60-dan çox ölkənin vətəndaşları Şengen ölkələrinə vizasız gedə bilərlər. 100-dən çox ölkənin vətəndaşlarından viza tələb olunur.

 





08.12.2022    çap et  çap et