“Son nəsil” (“Last Generation”) qrupunun üzvləri olan fəallar hökuməti hava nəqliyyatına dəstəyi dayandırmağa və ucuz dəmir yolu səyahətlərini genişləndirməyə çağırıblar.
Yerli media Münhen hava limanında uçuşların dayandırıldığını və polisin nümayişçiləri uçuş-enmə zolağından çıxararaq həbs etdiyini bildirib.
Berlin hava limanının sözçüsü hələlik uçuşlarda heç bir fasilənin olmadığını açıqlayıb. “Son nəsil” nümayişçilərin Berlinin müxtəlif yerlərində yolları barrikada da qurduqları bildirilir.