Vaxt.Az

Günün günorta çağı “sübh basqını”


 

Almaniyada üsyançılara qarşı əməliyyatlar davam edir

Günün günorta çağı “sübh basqını” Almaniyada dünən keçirilən “sübh basqını”nda saxlanılan və özlərini İmperator Vətəndaşları (Reyxsbürger) kimi təqdim edən 25 nəfərdən 19-u həbs edilib.

İtaliya və Avstriya ilə yanaşı, Almaniyanın 11 əyalətində keçirilən reydlər zamanı saxlanılanlardan 22-si “Almaniyada siyasi sistemi devirmək istəyən terror təşkilatına üzv olmaq” ittihamı ilə mühakimə olunacaq. Konstitusiyanı Müdafiə Təşkilatı və Federal Cinayət Polis İdarəsinin (FCPİ) sədrləri və federal prokuror görüşdən sonra sözügedən qrupun çevriliş planlarının ciddiliyi ilə bağlı razılığa gəliblər.

FCPİ-nin sədri Holger Münx dünən keçirilən reydlərin sayının 150-dən çox olduğunu, 54 şübhəlinin cinayət məsuliyyətinə cəlb edildiyini, 50 silah-sursatın ələ keçirildiyini bildirib. Dünənki basqınlarda 3 mindən çox asayiş keşikçisinin iştirak etdiyini deyən Münx, əməliyyatların önümüzdəki günlərdə də davam edəcəyini bildirib.

Federal Prokurorluğun apardığı istintaq çərçivəsində saxlanılanlar arasında Almaniya Naminə Alternativ Partiyasından (AfD) keçmiş deputat, hakim vəzifəsində çalışan Bircit Malsak-Vinkeman (Birgit Malsack-Winkemann) və təşkilatın rəhbəri hesab olunan iş adamı Henrix Reus (Heinrich XIII Prince Reuss) da var..

Baş Prokurorluğun iddianaməsində şübhəlilər “Almaniyada mövcud dövlət nizamını dəyişdirməyi və ana xətləri ilə formalaşmış öz dövlət nizamını gətirməyi hədəfləyən terror təşkilatının üzvləri” olaraq xarakterizə edilib. Daxili kəşfiyyatın 2021-ci il hesabatına görə, Özlərini Almaniya İmperiyasının (Reichsbürger) vətəndaşları hesab edən 21 mindən çox adamın olduğu qrupun 5 faizi ifrat sağçılardan ibarətdir.

2100 üzvünün zorakılığa əl atmağa hazır olduğu qrupun Almaniyanı legitim dövlət kimi tanımadığını, bəzi üzvlərin monarxiya altında Almaniya imperiyası ideyasına sadiq olduqlarını, digərlərinin isə zorakılığa əl atmağa hazır olduqlarını iddia edən nasist tərəfdarıdırlar. Bəzi üzvlər də hesab edir ki, Almaniya hələ də hərbi işğal altındadır.

 





08.12.2022    çap et  çap et