Rumıniya və Bolqarıstanın Avstriyanın vetosu ilə rədd edilməsinə toxunan Rakusan, “Məncə Rumıniya və Bolqarıstan da Şengen üzvü olmağa hazırdır”, – deyib.
Yohansson buna görə məyus olduğunu bildirib və iki ölkə vətəndaşlarına müraciət edib.
“Siz həm də Şengen üzvü olmağa və sərbəst hərəkət etməyə layiqsiniz. Bir çox üzv dövlətlərin dəstəyini aldınız”. Yohansson iki ölkənin üzvlüyünün gündəmdə qalacağını vurğulayıb.
Son zamanlar sığınacaq üçün müraciətlərin əhəmiyyətli dərəcədə artdığı Avstriya, Bolqarıstan və Rumıniyadan gələnlərin qeyri-qanuni miqrasiyanı artıracağından narahatdır.
Şengenin genişlənməsi üzv dövlətlərin yekdil səsini tələb edir.
Çexiya, Estoniya, Macarıstan, Latviya, Litva, Malta, Polşa, Slovakiya və Sloveniya 2007-ci ildə Şengen zonasına qoşulub.
2008-ci ildə Aİ-nin üzvü olmayan İsveçrə də daxil edilib.
Xorvatiyanın qoşulması ilə 27 ölkənin üzv olduğu Şengen bölgəsinə 60-dan çox ölkənin vətəndaşları vizasız gedə bilər. 100-dən çox ölkənin vətəndaşlarından viza tələb olunur.