Vaxt.Az

Bolqarıstandan Aİ-yə etiraz


 

Rəsmi Sofiyanın Şengen zonasına daxil olmaqdan imtina edilməsinə reaksiyası sərt oldu

Bolqarıstandan Aİ-yə etiraz Bolqarıstan administrasiyası ölkəsinin Şengen zonasına daxil olmasından imtina edən Avropa İttifaqına (Aİ) etiraz edib. Prezident Rumen Radev bəyan edib ki, 2011-ci ildən Bolqarıstan Şengen zonasına daxil olmaq üçün bütün zəruri meyarları yerinə yetirib.

Ölkəsinin Şengen zonasına daxil olmasının Aİ sərhədini təhlükəsiz hala gətirəcəyini qeyd edən Radev, “Şengenə qoşulmağımız Avropa İttifaqının xarici sərhədlərini daha dinc edəcək”, – deyib.

Son iki ayda Bolqarıstanın xarici sərhədlərinin iki dəfə yoxlanıldığını bildirən Radev, bu yoxlamalar zamanı heç bir problemin aşkar edilmədiyini və buna baxmayaraq rədd qərarının qəbuledilməz olduğunu qeyd edib.

Radev vetoya səs verən Hollandiya və Avstriyanın öz maraqlarına zidd getməmələri lazım olduğunu və bir gün Şengenə qoşulacaqlarına ümid etdiklərini bildirib.

Bolqarıstanın daxili işlər naziri İvan Semerciev də ölkəsinin Şengen zonasından çıxarılmasına reaksiya verib.

AB ölkələrinin əksəriyyətinin Bolqarıstanı dəstəklədiyini, Hollandiya və Avstriyanın isə buna qarşı olduğunu xatırladan Semerciev, “Biz səylərimizi davam etdirəcəyik. Yalnız iki ölkə buna qarşıdır. Aİ Şurasına sədrlik edəcək İsveçlə sıx əməkdaşlıq edəcəyik”, – deyib.

Avropa Şurasının daxili işlər və ədliyyə nazirlərinin iclasında Bolqarıstanın Şengen zonasına qoşulması ilə bağlı qərar Hollandiya və Avstriyanın vetosu ilə rədd edilib.

 





08.12.2022    çap et  çap et