Vaxt.Az

Polis çinlilərin izində


 

Rəsmi Pekinin İtaliyada qurduğu məntəqələrlə bağlı araşdırma başladılıb

Polis çinlilərin izində Çinin xaricdə yaşayan öz vətəndaşlarını izləmək üçün qurduğu “polis məntəqəsi” adlı mərkəzlərin olması ilə bağlı xəbərlər müzakirələrə səbəb olarkən, İtaliya Daxili İşlər Nazirliyi mövzu ilə bağlı araşdırma başlatdı.

“Safeguard Defenders” qeyri-hökumət təşkilatına əsaslanan İtalyan “L'Espresso” jurnalının xəbərinə görə, Çinin dünya üzrə öz xalqını izləmək və dissident fiqurları geri qaytarmaq üçün fəaliyyət göstərən 100-ə yaxın “polis məntəqəsi” var.

Sözügedən xəbərdə bunlardan 11-nin çinlilərin cəmləşdiyi paytaxt Roma, Florensiya, Prato, Bolzano, Milan və Venesiya kimi şəhərlərdə olduğu bildirilib.

Mətbuatda müzakirə mövzusuna çevrilən Çinin İtaliya ərazisindəki “forpostları”na münasibət bildirən daxili işlər naziri Matteo Piantedosi “Çin mərkəzlərinin fəaliyyəti ilə bağlı İtaliyanın İctimai Təhlükəsizlik Departamentindən heç bir icazə yoxdur. Sizi əmin edə bilərəm ki, təhlükəsizlik qüvvələri də kəşfiyyatla birlikdə məsələni çox diqqətlə izləyəcəklər. Mən şəxsən izləyəcəm. Təsdiq etməyə çalışırıq. Qeyri-qanuni hal aşkar edilərsə, sanksiyalara məhəl qoymuram”.

Mövzu ilə bağlı “Corriere della Sera” qəzetinə danışan Avropa İttifaqı (Aİ) komissarı Ursula fon der Leyen bildirib ki, Aİ-də Çin polis məntəqələrinin olması ilə bağlı xəbərlər təsdiqlənərsə, bu, “qəbuledilməz”dir.

KİV-in məlumatına görə, İtaliyada qeydiyyatdan keçmiş 300 min çinli var.

 





08.12.2022    çap et  çap et